Yuxarı
    Bağlamaq

    Keçmiş icra başçısının qohumu işdən çıxarılıb, onun rəisi isə polis orqanlarından qovulub

    Rafael Albabayev daxili işlər orqanlarından xaric edilib

    Bakı. 11 avqust. REPORT.AZ/ Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.

    “Report” xəbər verir ki, R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə, işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.

    Onun müavini Azər Kərimzadə isə şiddətli töhmət verilməklə işdən çıxarılıb. A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

    Qeyd edək ki, Azər Kərimzadə Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun qohumudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi