Yuxarı

​Keçmiş icra başçısının həbsdə olan qızı Ali Məhkəməyə kassasiya şikayəti verib

Kassasiya şikayətinə yanvarın 12-də baxılacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, N.Abdullayevanın kassasiya şikayətinə yanvarın 12-də hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bu il sentyabrın 22-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan N.Abdullayeva apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya şikayətinə baxılmasından narazı qalan N.Abdullayeva Bakı Apellyasiya Məhkəməsinin ilkin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi