Axtarışda olan keçmiş icra başçısının cinayət işi ayrıca icraata ayrılıb, digəri azadlığa buraxılıb

Axtarışda olan keçmiş icra başçısının cinayət işi ayrıca icraata ayrılıb, digəri azadlığa buraxılıb Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası başa çatıb.
Hadisə
2676
31 Yanvar , 2019 12:10
Axtarışda olan keçmiş icra başçısının cinayət işi ayrıca icraata ayrılıb, digəri azadlığa buraxılıb
Report

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif SəfərovRüstəm Bayramovun məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Baramova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Barəsində axtarış qərarı çıxarılmış M.Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb. Onun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Xatırladaq ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını, məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan külli miqdarda pul götürüblər.

Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdi. Daha sonra o, məhkəmə iclaslarına gəlməyib. Məhkəmə M.Səfərovun barəsində axtarış qərarı çıxarıb.

Xatırladaq ki, M.Səfərov 1992-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi