​Keçmiş arvadını öldürərək yandıran şəxsin məktəb direktorunun oğlu olduğu açıqlanıb

​Keçmiş arvadını öldürərək yandıran şəxsin məktəb direktorunun oğlu olduğu açıqlanıb Meyiti yandırılan qadın məktəb direktorunun həm gəlini, həm də qardaşı qızı olub
Hadisə
23 İyul , 2015 13:38
​Keçmiş arvadını öldürərək yandıran şəxsin məktəb direktorunun oğlu olduğu açıqlanıb

Meyiti yandırılan qadın məktəb direktorunun həm gəlini, həm də qardaşı qızı olub

Bakı. 23 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda qətlə yetiriləndən sonra Xızıda yandırılan 1981-ci il təvəllüdlü Natəvan Əliyeva ilə bağlı yeni məlumatlar ortaya çıxıb. “Report”un əldə etdiyi məlumata görə, N.Əliyeva Xətai rayonunda yerləşən 191 saylı orta məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızının həm gəlini, həm də qardaşı qızı olub.

N.Əliyeva keçmiş həyat yoldaşı, məktəb direktorunun oğlu 34 yaşlı Əliyev Samir Səməndər oğlu tərəfindən qətlə yetirilərək yandırılıb.

“Report” məsələyə münasibət öyrənmək üçün 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevaya müraciət edib. O, oğlunun tutulduğunu, lakin bu haqda danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, bu il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti müəyyənləşdirilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub. N.Əliyeva Bakıda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. O, üç uşaq anası olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi