​Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadın apellyasiya şikayəti verib

​Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadın apellyasiya şikayəti verib İşə hakim İqar Murquzovun sədrliyi ilə baxılacaq
Hadisə
6 Avqust , 2016 09:20
​Keçmiş ərini öldürməkdə təqsirləndirilən qadın apellyasiya şikayəti verib

Bakı. 6 avqust. REPORT.AZ/ Bakıda keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 10-na təyin edilib.

İşə hakim İqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. S.İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Xatırladaq ki, S.İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi