Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının cinayət işi məhkəməyə göndərilib - FOTO

Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının cinayət işi məhkəməyə göndərilib - FOTO İş hakim Eldar İsmayılovun icraatına verilib
Hadisə
14 Yanvar , 2017 09:19
Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşının cinayət işi məhkəməyə göndərilib - FOTO

Bakı. 12 yanvar. REPORT.AZ/ Keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işinin ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.

İş hakim Eldar İsmayılovun icraatına verilib.

Xatırladaq ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.

Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində bir neçə maddə irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi