Keçmiş arvadını öldürən jurnalistin apellyasiya şikayəti təmin edilməyib

Keçmiş arvadını öldürən jurnalistin apellyasiya şikayəti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
24 Mart , 2016 11:10
Keçmiş arvadını öldürən jurnalistin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 24 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən jurnalist Elçin Əsədullayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. E.Əsədullayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini Elçin Əsədullayev 2012-ci ilin sentyabrın 17-də Murtuza Muxtarova küçəsi 164 ünvanında 8 il əvvəl ayrıldığı həyat yoldaşı 28 yaşlı Lətafət Məmmədovanı qətlə yetirib. Küçədə keçmiş arvadına yaxınlaşaraq, 6 bıçaq zərbəsi endirən E.Əsədullayev hadisə yerindən qaçıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əsədullayevin yeri müəyyən edilərək saxlanılıb. Onun L.Məmmədova ilə birgə nigahlarından bir uşaqları olub. İfadə verən E.Əsədullayev hadisəni qısqanclıq zəminində törətdiyini, yəni keçmiş arvadının başqa kişilərdən görüşməsində şübhələndiyi üçün öldürdüyünü bildirib. E.Əsədullayev mətbuat orqanlarının birində jurnalist kimi çalışıb. Qətlə yetirilən L.Məmmədova isə Maliyyə Nazirliyinin işçisi olub.

2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə görə, E.Əsədullayev məhkum edilib. Ciddi rejimli cəza alan E.Əsədullayev Binəqədi rayonunda yerləşən 11 saylı cəza çəkmə müəssisəsinə göndərilib. 4 il həbsxana həyatı yaşayan məhkum vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. O, ərizəsində bildirib ki, barəsində psixiatriya ekspertizası təyin edilməsi və cəza çəkməkdən vaxtından əvvəl azad edilməsini istəyib. Məhkəmə onun ərizəsini təmin etməyib. Daha sonra E.Əsədullayev apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi