​Keçmiş arvadını azyaşlı uşaqlarının yanında öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Keçmiş arvadını azyaşlı uşaqlarının yanında öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Hadisə
23 Oktyabr , 2015 09:55
​Keçmiş arvadını azyaşlı uşaqlarının yanında öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Nübar Muradovanı bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Kazımov Qurban Əflatun oğlunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 3-də Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində baş verib. Həmin ünvanda kirayədə yaşayan Nübar Muradovanı keçmiş həyat yoldaşı Qurban Kazımov bıçaqlayaraq qətlə yetirib. Hadisə evdə onların iki azyaşlı övladlarının gözləri qarşısında baş verib. Q.Kazımov daha sonra bıçaqla öz bilək damarlarını kəsərək intihar etmək istəyib. Onun həyatını xilas etmək mümkün olub. 

Sentyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Q.Kazımov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi