Ötən il qeyri-aşkar şəraitdə törədilən 64 cinayətin isti izlərlə açılması təmin olunub

Ötən il qeyri-aşkar şəraitdə törədilən 64 cinayətin isti izlərlə açılması təmin olunub 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb
Hadisə
6 Yanvar , 2017 16:59
Ötən il qeyri-aşkar şəraitdə törədilən 64 cinayətin isti izlərlə açılması təmin olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən il qeyri-aşkar şəraitdə törədilən 64 cinayətin isti izlərlə açılması təmin olunub.

“Report” xəbər verir ki, bunu Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb: “Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib”.

O, həmçinin qeyd edib ki, göstərilən müddətdə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb.

Son xəbərlər

Orphus sistemi