Yuxarı

Keçən ay Azərbaycanda 2 mindən çox əcnəbi ölkə qanunlarını pozub

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 48 407 əcnəbinin müraciəti qeydə alınıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində 2 297 əcnəbi Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozub. Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Qaydaları pozan əcnəbilərdən 19-nun Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 191 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1 570 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərk etmələri, 517 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 11 448 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 48 407 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən 20 halda yoxlama aparılıb, 17 halda qanun pozuntusu aşkar edilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi