​Kazanda yanğın nəticəsində 20 yaşlı azərbaycanlı ölüb

​Kazanda yanğın nəticəsində 20 yaşlı azərbaycanlı ölüb Yaralılar arasında da iki Azərbaycan vətəndaşı var
Hadisə
13 Mart , 2015 02:11
​Kazanda yanğın nəticəsində 20 yaşlı azərbaycanlı ölüb

Bakı. 13 mart. REPORT.AZ/ Martın 11-də Tatarıstanın paytaxtı Kazanda yerləşən "Admiral" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında dağıntılar altından daha beş nəfərin meyiti çıxarılıb.

Cəsədlərdən biri 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşına məxsusdur.

Fövqəladə Hallar Nazirliyinin proqnozlarına görə, 20-ə yaxın insan dağıntılar altında qala bilər. Xilasedicilər onların sağ qalmasına olan ümidlərini itirmirlər. Dağıntıların aradan qaldrılmasında təqribən 800 nəfər insan çalışır. Əraziyə ağır texnika yeridilib. Kazanda fövqəladə vəziyyət elan olunub.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısa qapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib. Hadisə nəticəsində 55 nəfər nəfər, o cümlədən iki Azərbaycan vətəndaşı yanıq xəsarətləri alıb. Hazırda 16 nəfər şəhər xəstəxanalarındadır. Onlardan dörd nəfəri FHN və polis əməkdaşlarıdır.

Faktla bağlı cinayət işi qaldırılıb. Yanğıının təhqiqatı zamanı "Admiral" ticarət mərkəzini icarə əsasında işlədən direktor - 30 yaşlı azərbaycanlı Hüseyn Qəhrəmanov saxlanılıb. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.

Son xəbərlər

Orphus sistemi