Yuxarı

Kazan Rayon Məhkəməsi 37 yaşlı Azərbaycan vətəndaşını həbs edib

Kazan Rayon Məhkəməsi 37 yaşlı Azərbaycan vətəndaşını həbs edib
O, iki həmyerlisini yaralamaqda şübhəli bilinir

Bakı. 21 noyabr. REPORT.AZ/ Tatarıstan Respublikasının Kazan Rayon Məhkəməsi 37 yaşlı Azərbaycan vətəndaşını həbs edib.

"Report"un "Realnoye vremya"ya istinadən verdiyi xəbərə görə, o, noyabrın 18-də həmvətənlərinə TT markalı tapança ilə atəş açmaqda günahlandırılır.

Belə ki, 37 yaşlı şübhəli şəxs 19 və 45 yaşlı həmyerliləri ilə pul üstündə mübahisə edib. Bu zaman o, tapançadan atəş açaraq 45 yaşlı şəxsi başından və döş qəfəsindən, digərini isə ayağından yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs bir gün sonra yaşadığı evin qarşısında saxlanılıb. Axtarış zamanı onun mənzilindən TT markalı tapança, daraq və 3 patron götürülüb. O, təqsirini qismən boynuna alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi