Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Zamin Cəfərov müəyyən olunaraq saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən bildirilib.
Araşdırma aparılır.