Polisə müqavimət göstərən şəxsə cinayət işi açıldı - FOTO

Polisə müqavimət göstərən şəxsə cinayət işi açıldı - FOTO Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Hadisə
7 İyun , 2020 10:58
Polisə müqavimət göstərən şəxsə cinayət işi açıldı - FOTO

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

Emin Dadaşov
Emin Dadaşov

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi