Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır Nurlan Əsgərzadənin qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır. Aparı
Hadisə
14 Dekabr , 2021 15:28
Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Karantin rejimində xüsusi imtiyazların əldə edilməsi adı ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirən Nurlan Əsgərzadənin barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, N.Əsgərzadənin qanunsuz əməlləri ilə əlaqədar daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə N.Əsgərzadənin ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilən qaydalardan sui-istifadə edilməsi yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməsinə və həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Əsgərzadəyə Cinayət Məcəlləsinin 29, 178.2.2 (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi