Karantin rejimi yumşaldılan rayondan reportaj - VİDEO

Karantin rejimi yumşaldılan rayondan reportaj - VİDEO May ayının 4-dən etibarən ölkənin əksər şəhər və rayonlarında xüsusi karantin rejimi yumşaldılıb. Karantin rejiminin yumşaldıldığı rayonlardan biri də Qax rayonudur.
Hadisə
13 May , 2020 11:15
Karantin rejimi yumşaldılan rayondan reportaj - VİDEO
0 : 00
0 : 00

May ayının 4-dən etibarən ölkənin əksər şəhər və rayonlarında xüsusi karantin rejimi yumşaldılıb. Karantin rejiminin yumşaldıldığı rayonlardan biri də Qax rayonudur.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, Qaxda həyat öz axarında davam edir. Artıq bir-neçə gündür ki, rayon ərazisində fəaliyyət göstərən kafelər, restoranlar və çayxanalar, bərbərxana və gözəllik salonları fəaliyyətlərini davam etdirirlər. Rayon ərazisində 8103 SMS ilə icazə də mayın 4-dən etibarən ləğv edilib.

Rayonda xüsusi karantin rejimi yumşaldılsa da ictimai nəqliyyatda, iaşə müəssisələrində və qapalı məkanlarda tibbi maskalardan istifadə etmək zəruridir. Rayon ərazisində on nəfərdən artıq bir yerə toplanma və sosial məsafənin saxlanılması da mütləqdir.

"Report"un bölgə müxbirinin apardığı müşahidələr zamanı rayon sakinlərinin əksəriyyətinin tibbi maskadan istifadə etmədiyi məlum olub. Bəzi sakinlər isə, zərurət olmadığı halda evdən çıxmadıqlarını, evlərini tərk etdikləri andan tibbi maskalardan istifadə etdiklərini bildiriblər.

Qeyd edək ki, may ayının 4-dən etibarən Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəran şəhərləri istisna olmaqla ölkənin bütün şəhər və rayonlarında karantin rejimi yumşaldılıb. Ancaq vətəndaşlar iaşə müəssisələrində, ictimai nəqliyyatda mütləq tibbi maskalardan istifadə etməlidir.

Son xəbərlər

Orphus sistemi