Bakı. 13 yanvar. REPORT.AZ/ İmişli rayonunda kanala düşən kişinin meyiti çıxarılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 9-da İmişli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Qarabağ kanalına düşmüş Rəfael Şirinovun meyiti yanvarın 12-də sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.