Kamran Əliyev: “Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə və şöbələri 39 material üzrə araşdırma aparıb”

Kamran Əliyev: “Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə və şöbələri 39 material üzrə araşdırma aparıb” "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb
Hadisə
22 Aprel , 2015 10:37
Kamran Əliyev: “Bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə və şöbələri 39 material üzrə araşdırma aparıb”

Bakı. 22 aprel. REPORT.AZ/ 2015-ci ilin birinci rübü ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

“Report”un xəbərinə görə, bu barədə idarə rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında məlumat verib.

Hesabat dövründə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilib.

2015-ci ilin birinci rübü ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 1 677 müraciət daxil olub, bunlardan 1 477-i ilkin, 200-ü isə təkrar olub.

Daxil olmuş 1 677 müraciətin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1 479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulmuş qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.

2015-ci ilin birinci rübündə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Son xəbərlər

Orphus sistemi