Məşhur fotoqraf Səfiyar Məcnun qəzaya düşüb.
Bu barədə "Report"a özü məlumat verib.
O bildirib ki, qəza Şamaxıda "ASAN Xidmət"in qarşısında baş verib:
"Maşında 4 nəfər olmuşuq. Mən piyadaya yol vermək məqsədi ilə sürəti azaltmışdım, "KamAZ" da mənim maşınımı arxadan vurub dərəyə atdı. Xoşbəxtlikdən salamatlıqdır. Hamımız yaxşıyıq".




