Yuxarı

Kaliforniyada meşə yanğınları minə yaxın evi məhv edib, ölənlər var - VİDEO

Bakı. 9 noyabr. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatının Paradays şəhərində meşə yanğınları tüğyan edir. Alov 1000-nə yaxın evi məhv edib, bir neçə nəfər həyatını itirib.

“Report” xəbər verir ki, yerli yanğın xidmətinin rəisi Darren Ridin verdiyi məlumata görə, xilasedicilər arasında da zərərçəkənlər var.

"Reuters" yazır ki, yanğın noyabrın 8-də başlayıb və alov hazırda 3,300 hektara yaxın ərazini əhatə edib.

Bundan əvvəl ABŞ-da bara silahlı hücum nəticəsində 13 nəfər öldürülmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi