​Kafedə yanğın baş verib

​Kafedə yanğın baş verib Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
14 Fevral , 2015 10:15
​Kafedə yanğın baş verib

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan kafenin mətbəxinin tavanı 5 kv.m sahədə, mətbəx əşyaları qismən yanıb, kafedə olan kondisioner və televizor yüksək temperaturdan əriyib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı kafeyə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan valyuta dəyişmə məntəqəsinin tavanı 4 kv.m sahədə və içərisində olan əşyalar qismən yanıb. Tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi