Yuxarı

Kafedə quldurluq edən şəxsə 10 il həbs cəzası verilib

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

"Report"un məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü il N. Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonunda olan kafelerin birində baş verib. Nicat Əliyev kafedə yeyib içəndən sonra Pəhlivan adlı şəxsə qarşı quldurluq edərək pul tələb edib. O, pul ala bilməyib, yalnız zərərçəkən şəxsin telefonlarını ələ keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi