Kafedə mahnı üstündə adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Kafedə mahnı üstündə adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
12 aprel 2018 07:40
Kafedə mahnı üstündə adam bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş Rufan Hüseyovun iştirak etmədiyi məlum olub.

A.Şükürov bildirib ki, zərərçəkmişlə barışıblar.

Məhkəmənin baxış iclası aprelin 16-na təyin edilib.

Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində yerləşən "Batabat" kafesində baş verib. Həmin kafedə A.Şükürov şən mahnı sifariş vermək üstündə tanımadığı Rufan Hüseynovla mübahisə edib. Nəticədə A.Şükürov onu ürəyindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra saxlanılan A.Şükürov barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi