Yuxarı

Avtomatla iki nəfəri güllələyən şəxslə bağlı apelyasiya şikayəti və protest verilib

​Kafedə iki nəfəri güllələyənlə bağlı apellyasiya şikayəti və protest

Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Hikmət Abbasquliyevin barəsindəki hökmdən verilmiş apelyasiya şikayətləri və apelyasiya protesti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, işə hakim Faiq Qasımovun sədrliyi ilə baxılır.

Baxış iclası noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinun hökmü ilə Hikmət Ababsquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən təqsirləndirilən və zərərçəkmilş tərəf apelyasiya şikayətləri, dövlət ittihamçısı isə apelyasiya protesti verib.

İttihama görə, hadisə ötən il avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində baş verib.

Naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Abbasquliyevi saxlayıb.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Ona qasdən adamöldürmə, adam öldürməyə cəhd, xuliqanlıq və qanunsuz silah saxlama maddələri ilə ittiham verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi