Bakı. 10 yanvar. REPORT.AZ/ Xaçmazda qətl törətməkdə təqsirləndirilən Məlik Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı
Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il avqustun 19-da Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Həmin ərazisində olan kafedə Tikanoba kənd sakini M.Ağayev münaqişə zəminində Sibiroba kənd sakini Tural Dadaşovu bıçaqla qətlə yetirib.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ağayev saxlanılıb.