Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək məhkum edilən Nuran Dostəliyev apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib.
"Report"un xəbərinə görə, şikayət
İttihama görə, N.Dostəliyev Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Qarabağ" şadlıq sarayının yaxınlığında olan "İkimərtəbə" kimi tanınan kafedə tanımadığı, sərxoş vəziyyətdə olan Elşən Babayevi mübahisə zəminində döyüb. Kəllə-beyin tramvası ilə xəstəxanaya çatdırılan E.Babayevin həyatını xilas etmək mümkün olub.
N.Dostəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 3 ilə endirib.