Yuxarı

​Jurnalistin qəza nəticəsində öldüyü avtomobildən narkotik maddə tapılıb

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölüblər. Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ölənlərdən Fuad Abdulrəhmanlı jurnalist olub. O, “Türküstan” həftəlik qəzetində redaktor vəzifəsində çalışırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi