Jurnalist Zülfüqar Xeyirxəbərə fiziki təzyiq göstərən şəxs saxlanılıb

Jurnalist Zülfüqar Xeyirxəbərə fiziki təzyiq göstərən şəxs saxlanılıb Jurnalist Zülfüqar Xeyirxəbərə təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə Daewoo markalı avtomobilin sürücüsü 1993-cü il Seymur Mustafazadə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hadisə
154
26 Avqust , 2019 18:08
Jurnalist Zülfüqar Xeyirxəbərə fiziki təzyiq göstərən şəxs saxlanılıb

Jurnalist Zülfüqar Xeyirxəbərə təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə "Daewoo" markalı avtomobilin sürücüsü 1993-cü il Seymur Mustafazadə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. 

Onun sözlərinə görə, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb.

"Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir olunması səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək", - deyə E.Hacıyev qeyd edib.

Orphus sistemi