Yuxarı

Jurnalist Rauf Talışinski dəfn edilib

Jurnalist Rauf Talışinski dəfn edilib
O, Qurd qapısı qəbirstanlığında torpağa tapşırılıb
“Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski

Bakı. 9 may. REPORT.AZ/ “Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski dəfn olunub.

"Report"un xəbərinə görə, tanınmış jurnalist bu gün Yasamal rayonu ərazisində yerləşən "Qurd qapısı" qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Talışinskinin yaxınları ilə yanaşı, dostları, mətbuat və ictimaiyyət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, R.Talışinski ötən gün 62 yaşında vəfat edib. O, infarkt keçirib və dünyasını dəyişib.

R.Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

“Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

R.Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru idi. R.Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi