Yuxarı
    Bağlamaq

    ​Jurnalist Rauf Mirqədirovun məhkəməsi başlayıb

    Növbəti proses qapalı keçiriləcək

    Növbəti proses qapalı keçiriləcək

    Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

    “Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    R.Mirqədirovun vəkili 4 vəsatət qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib.

    Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib. Proses qapalı keçiriləcək.

    Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi