​Jurnalist Mübariz Aslanovun kirayədə yaşadığı mənzili qarət edənlər hələ tutulmayıb

​Jurnalist Mübariz Aslanovun kirayədə yaşadığı mənzili qarət edənlər hələ tutulmayıb Hadisədən bir aya yaxın vaxt keçib
Hadisə
10 İyun , 2016 16:54
​Jurnalist Mübariz Aslanovun kirayədə yaşadığı mənzili qarət edənlər hələ tutulmayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Hadisədən bir aya yaxın vaxt keçməsinə baxmayaraq jurnalist Mübariz Aslanovun kirayədə yaşadığı mənzili qarət edən şəxs və ya şəxslər hələ tutulmayıb.

Nəsimi Rayon Polis İdarəsindən “Report”a verilən məlumata görə, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir: “ Ümid edirik ki, bu işin üstü tezliklə açılacaq. Biz bu işin üstünün açılması üçün əlimizdən gələni edirik”.

Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elçin Mehdiyev isə bildirib ki, cinayətin üstünün açılması istiqamətində zəruri olan bütün istintaq hərəkətləri davam etdirilir: “Hələlik hadisənin üstü açılmayıb. Baş vermiş oğurluq hadisəsi ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparlılır. Biz çalışırıq ki, baş vermiş oğurluq hadisəsi tezliklə açılsın və hadisəni törədən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunsun”.

Qeyd edək ki, oğurluq hadisəsi mayın 17-də qeydə alınıb. Jurnalist Mübariz Aslanovun kirayədə yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə evdə heç kimin olmamasından istifadə edərək açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Son xəbərlər

Orphus sistemi