Yuxarı

JEK işçilərinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

​JEK işçilərinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Müşfiq Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Göygöl şəhərində baş verib. Həmin ərazidə yük maşını aşıb.

Qəza nəticəsində zibil maşınının yük yerində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri - 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlu və 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlu maşının altında qalaraq ölüblər. Maşının kabinasında olan, 1980-ci il təvəllüdlü İmanov Habil Telman oğlu və 1978-ci il təvəllüdlü Nəcəfov Vaqif Rengen oğlu xəsarət alıb.

Zibil maşınının sürücüsü M.Mirzəyev isə ağır xəsarət almayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi