İtkin düşən taksi sürücüsünün öldürülərək basdırıldığı məlum olub

İtkin düşən taksi sürücüsünün öldürülərək basdırıldığı məlum olub Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.
Hadisə
30 İyul , 2021 16:53
İtkin düşən taksi sürücüsünün öldürülərək basdırıldığı məlum olub
0 : 00
0 : 00

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovu basdırdığı yeri etiraf edib.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekskumasiya olunaraq aidiyyati üzrə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi