İsmayıllıda zəncirvari yol qəzası olub, xəsarət alan var

İsmayıllıda zəncirvari yol qəzası olub, xəsarət alan var İsmayıllı rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Hadisə
31 yanvar 2023 08:42
İsmayıllıda zəncirvari yol qəzası olub, xəsarət alan var

İsmayıllı rayonunda dörd avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "QAZ-52", "VAZ-2107", "Lada 099" və "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "QAZ-52"nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi