İsmayıllıda taxta sexi və heyvandarlıq fermasında yanğın olub

İsmayıllıda taxta sexi və heyvandarlıq fermasında yanğın olub İsmayıllı yanğın hadisəsi baş verib.
Hadisə
3878
22 Noyabr , 2020 14:40
İsmayıllıda taxta sexi və heyvandarlıq fermasında yanğın olub

İsmayıllı rayonunda ümumi sahəsi 450 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə, içərisində yığılan 30 ton ot bağlamasının 5 tonu və 22 m³ taxta materialının 2 m³ yanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Sexin, ot bağlamalarının və taxta materialının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13:15

İsmayıllı yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin şərti olaraq “Kərpic zavodu” adlanan ərazisində sahibkar Ramal Səfərova məxsus taxta emalı sexində və sexə bitişik heyvandarlıq fermasındakı ot tayasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 30 nəfər canlı qüvvəsi cəlb edilib və yanğının ətrafa yayılmasının qarşısını alıb. Lakin taxta və otun qapalı yerlərdə olması yanğınsöndürənlərin işini çətinləşdirib. Nəticədə yanğını günorta saatlarınadək tamamilə söndürmək mümkün olmayıb. Nəticədə sexdəki 2 kub taxta, habelə 5 ton ot yanıb.

Hazırda yanğının söndürülməsi davam edir.

Son xəbərlər

Orphus sistemi