İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib

İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçiriblər.
Hadisə
13 Oktyabr , 2021 08:54
İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib
0 : 00
0 : 00

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən monitorinq zamanı “Aysu Palace” şadlıq sarayında pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşıldığı aşkarlanıb.

Belə ki, xidmət personalının tibbi maskadan istifadə etmədiyi, eləcə də karantin rejimindən irəli gələn bəzi qayda və tələblərə əməl olunmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntularına görə obyektin sahibi Ağakərim Dəmirov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Son xəbərlər

Orphus sistemi