İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələndi

İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələndi İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə nəqliyyat vasitələrini saxlaya
Hadisə
7 İyun , 2021 16:21
İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları həmin sürücülərlə izahedici söhbətlər aparıb, bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğunu onların diqqətinə çatdırıb.

Həmin avtomobil sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Son xəbərlər

Orphus sistemi