İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var İsmayıllı rayonda minik avtomobili ilə yük maşını toqquşub, ölən var.
Hadisə
15 Avqust , 2022 09:33
İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

İsmayıllı rayonunda minik avtomobili ilə yük maşını toqquşub, ölən var.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 14-ü saat 13:50-də rayonun Ruşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Əsədov Hafis Sabir oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə qarşı tərəfdən hərəkət edən rayonun Ruşan kəndində yaşayan, 1967-ci il təvəllüdlü Fəhradov Mürsəl Xıdırnəbi oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub. Nəticədə "VAZ-21011" markalı avtomobilin sürücüsü H.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanılıb, istintaqı aparılır.

Son xəbərlər

Orphus sistemi