İsmayıllıda karantini pozan çay evi aşkarlandı, icarədarı və müştəriləri cərimələndi

İsmayıllıda karantini pozan çay evi aşkarlandı, icarədarı və müştəriləri cərimələndi Bu barədə DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib
Hadisə
388
4 Mart , 2021 16:35
İsmayıllıda karantini pozan çay evi aşkarlandı, icarədarı və müştəriləri cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlayıb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Son xəbərlər

Orphus sistemi