İsmayıllıda karantini pozan avtomobil ustaları cərimələndi

İsmayıllıda karantini pozan avtomobil ustaları cərimələndi İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.
Hadisə
27 Noyabr , 2020 10:29
İsmayıllıda karantini pozan avtomobil ustaları cərimələndi
0 : 00
0 : 00

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri - Hikmət SalihovFəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.

Son xəbərlər

Orphus sistemi