İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edildi

İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edildi İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.
Hadisə
9 İyul , 2020 10:33
İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edildi

İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədi ilə rayon ərazisində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar.

Operativ Qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb.  

İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də digər sosial izolyasiya qaydalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.

Son xəbərlər

Orphus sistemi