İsmayıllıda gənc idarə etdiyi motosikletlə dərəyə aşıb

İsmayıllıda gənc idarə etdiyi motosikletlə dərəyə aşıb İsmayıllı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 avqust 2021 00:46
İsmayıllıda gənc idarə etdiyi motosikletlə dərəyə aşıb
0 : 00
0 : 00

İsmayıllı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Şıxiyev Vəkil Namiq oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi