İsmayıllıda evində narkotik gizlədən şəxs saxlanılıb

İsmayıllıda evində narkotik gizlədən şəxs saxlanılıb İsmayıllıda evində satış məqsədilə narkotik gizlədən şəxs saxlanılıb.
Hadisə
15 fevral 2022 12:31
İsmayıllıda evində narkotik gizlədən şəxs saxlanılıb

İsmayıllıda evində satış məqsədilə narkotik gizlədən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Sahib Eyyubov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən həyətyanı sahədə satış məqsədilə gizlətdiyi yarım kiloqrama yaxın qurudulan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Eyyuvobun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi