İsmayıllıda avtomobil dərəyə aşdı, sürücünün anası öldü

İsmayıllıda avtomobil dərəyə aşdı, sürücünün anası öldü İsmayıllı rayonunda yol qəzası baş verib.
Hadisə
24 Sentyabr , 2020 12:13
İsmayıllıda avtomobil dərəyə aşdı, sürücünün anası öldü

İsmayıllı rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 23-ü saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirli idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşırıb. Nəticədə A.Qədirlinin sərnişini olan anası - Əliyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi