İsmayıllıda ana və oğlu sahibkara qarşı xuliqanlıq ediblər

İsmayıllıda ana və oğlu sahibkara qarşı xuliqanlıq ediblər İsmayıllı şəhərinin Nizami küçəsində xuliqanlıq hadisəsi qeydə alınıb.
Hadisə
1929
2 Sentyabr , 2020 06:08
İsmayıllıda ana və oğlu sahibkara qarşı xuliqanlıq ediblər

İsmayıllı şəhərinin Nizami küçəsində xuliqanlıq hadisəsi qeydə alınıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakinləri - Güllü Yusubova və oğlu Nəsib Yusubov ötən gün axşam saatlarında Nizami küçəsi 2 ünvanında yerləşən, sahibkar Ələkbər Əsgərliyə məxsus "Qardaşlar" adlı mağaza, çay evi və avtomobillərin yağdəyişmə məntəqəsinə gələrək orada mübahisə ediblər.

Hər üç obyektin sahibi onların çölə çıxmasını tələb etdikdə ana və oğlu Ə.Əsgərlini və qardaşı Asim Əsgərlini döyərək, oradakı vitrinləri dağıdıb, ərzaq və digər məhsulları yerə atıb, inventar avadanlıqları sındırıblar. N.Yusubov bundan sonra şəxsi "Lada Priora" markalı minik avtomobilinə əyləşərək onu mağaza sahibinin qardaşı A.Əsgərliyə məxsus "VAZ-2107" markalı minik avtomobilinə çırpıb.

Mağaza sahibi və qardaşı bu şəxslərin xuliqanlıq hərəkətləri barədə şikayət etmək üçün rayon polis şöbəsinə gedərkən növbəti hücuma məruz qalıblar. N.Yusubov idarə etdiyi "Lada Priora" markalı avtomobil ilə sürətlə hərəkət edərək nəqliyyat vasitəsini A.Ələsgərlinin qarşıda gedən "VAZ-2107" markalı avtomobilinə çırparaq bu nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mağaza və avtomobil sahibi olan qardaşlara ümumilikdə 5 min manat məbləğində maddi ziyan dəyib. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi