İsmayıllı və Tərtər sakinlərindən silah götürüldü

İsmayıllı və Tərtər sakinlərindən silah götürüldü İsmayıllı və Tərtər rayon sakinlərində silah aşkarlanıb.
Hadisə
18 Yanvar , 2021 11:50
İsmayıllı və Tərtər sakinlərindən silah götürüldü

İsmayıllı və Tərtər rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaraqaya kənd sakinləri - A.Babayevdən “İJ-16”, V.Abasovdan “TOZ-63”, Buynuz kənd sakini E.Babayevdən isə “İJ-16” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bərdə rayon sakini S.İsmayılovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi