İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb Mart ayının 17-si saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılı
Hadisə
17 mart 2023 07:50
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 17-si saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonu Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri - Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Son xəbərlər

Orphus sistemi