İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub

İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Avqust , 2016 11:59
İrandan Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub

Bakı. 29 avqust. REPORT.AZ/ İran İslam Respublikasından Azərbaycana daxili orqanında heroin keçirmək istəyən şəxs tutulub. "Report" xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, xalis çəkisi 144,623 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi