“İon Tikinti” şirkətinə verilmiş “xüsusi icazə” ləğv olunub

“İon Tikinti” şirkətinə verilmiş “xüsusi icazə” ləğv olunub Fövqəladə Hallar Nazirliyi tərəfindən “İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.
Hadisə
31 yanvar 2023 10:27
“İon Tikinti” şirkətinə verilmiş “xüsusi icazə” ləğv olunub

Fövqəladə Hallar Nazirliyi (FNH) tərəfindən “İon Tikinti” MMC-yə verilmiş “xüsusi icazə” həmin MMC-nin rəsmi müraciəti nəzərə alınaraq nazirliyin 16 yanvar tarixli əmri ilə ləğv edilib.

FHN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, bu barədə nazirlik tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

"Sözügedən “xüsusi icazə” “İon Tikinti”yə ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasını həyata keçirmək üçün verilmişdi.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxlərə müraciət edərək müvaf​iq qurğu, məntəqə, avadanlıq və vasitələrin layihələşdirilməsi və hazırlanması zamanı qeyd olunan MMC-yə verilmiş “xüsusi icazə”nin ləğv olunduğunun nəzərə alınmasını tövsiyə edir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi