Bakıda kütləvi intihara cəhd hadisəsi qeydə alınıb - YENİLƏNİB

Bakıda kütləvi intihara cəhd hadisəsi qeydə alınıb - YENİLƏNİB Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub
Hadisə
29 Dekabr , 2014 17:23
Bakıda kütləvi intihara cəhd hadisəsi qeydə alınıb - YENİLƏNİB

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində kütləvi intihara cəhd edən şəxslər xilas edilib. Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Məlumata görə, hadisə yerinə cəlb olunan xilasedicilər həmin şəxslərlə söhbət zamanı onları fikirlərindən yayındıra biliblər. Xilas edilən şəxslər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aparılıblar. Hazırda onların şəxsiyyəti və intihara cəhd etmələrinin səbəbləri araşdırılır.

ilk xəbər saat 16:06-da yayımlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu dəqiqələrdə Bakıda bir neçə şəxsin intihara cəhd hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarımtikili binada 5 nəfər intihar etməyə cəhd göstərib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Xilasedicilər intihar etmək istəyən şəxsləri fikirlərindən daşındırmaq istiqamətində onlarla danışıqlar aparırlar.

Son xəbərlər

Orphus sistemi